Şəhid Orxan Yusubovla vida mərasimi başlayıb


Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Orxan Yusubovun nəşi Gəncə şəhərinə gətirilib.


"Report"un məlumatına görə, nəşi ailəsinə təhvil verilən şəhidlə vida mərasimi başlayıb

Mərasimdə mərhumun yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, O.Yusubov 1992-ci ildə Gəncədə anadan olub. O, ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər O.Yusubov 8 aydır itkin düşmüşdü.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu