Vətən müharibəsində şəhid olmuş hərbçi Gəncədə dəfn olunub - YENİLƏNİB

Vətən müharibəsində şəhid olmuş hərbçi Gəncədə dəfn olunub.
APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycan Ordusunda hərbi xidmət edən hərbi qulluqçu, 1997-ci il təvəllüdlü Elvin Fuad oğlu Mustafayev Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.
Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atasına təqdim edilib.
Qeyd edək ki, Elvin Mustafayev 1997-ci ildə Gəncə şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı Füzuli, Zəngilan istiqamətlərində gedən döyüşlərdə itkin düşmüşdü. Ötən gün ordumuzun hərbi qulluqçusunun şəhid olduğu məlum olub.
***
12:57
Gəncədə şəhidlə vida mərasimi keçrilir.
APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycan Ordusunda hərbi xidmət edən hərbi qulluqçu, 1997-ci il təvəllüdlü Elvin Fuad oğlu Mustafayevin nəşi doğulduğu Gəncə şəhəri Cavad Xan qəsəbəsində yaşadığı evə gətirilib.
Şəhidlə vida mərasimində icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edir.