Ramiz Abutalıbovun nəşi sabah Bakıya gətiriləcək


Dünən vəfat edən Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi sabah günorta saatlarında ölkəyə gətiriləcək.


AFN-in xəbərinə görə, bu barədə Modern.az-a rejissor Tahir Tahiroviç məlumat verib.

T.Tahiroviç qeyd edib ki, R. Abutalıbovun nəşi bu gün vəfat etdiyi xəstəxanadan təhvil alınacaq. Sabah günorta saatlarında isə Bakıya gətiriləcəyi planlaşdırılır.

Xatırladaq ki, R.Abutalıbovun nəşi Bakıda, II Fəxri xiyabanda dəfn olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu