Ramiz Abutalıbovun nəşi Bakıya gətirilib


Tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi Bakıya gətirilib.


AFN xəbər verir ki, bu barədə APA-ya rejissor Tahir Tahiroviç məlumat verib.

O bildirib ki, görkəmli diplomatla vida mərasimi sabah saat 12:00-da Təzə Pir məscidində baş tutacaq. R.Abutalıbov II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, R.Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu