Ramiz Məlik vəfat etdi - YENİLƏNİB


Xalq artisti Ramiz Məliklə vida mərasimi yaxınlarının istəyi ilə bu gün saat 13:00-da Heydər Məscidində baş tutacaq.


Sənətkar 2-ci Fəxri xiyabanda dəfn olunacaq.

***

Mədəniyyət Nazirliyi Xalq artisti Ramiz Məlikin vəfatı ilə bağlı nekroloq yayıb.


Nekroloqda deyilir ki, görkəmli sənət fədaisi, səmimi insan Ramiz Məlikin əziz xatirəsi sənət dostarı və tamaşaçılarının qəlbində yaşayacaq.

Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

***

Azərbaycanın Xalq artisti Ramiz Məlik vəfat edib.


Bu barədə məlumatı teleaparıcı Hacı Nuran Hüseynov sosial media hesabında paylaşıb.

Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

Tanınmış teatr və kino aktyoru R.Məlik bir müddət idi ki, səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, bu ilin avqustunda 80 yaşı tamam olan aktyora Prezident İlham Əliyev tərəfindən Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilmişdi. O, eyni zamanda “Şöhrət” ordeni ilə də təltif olunmuşdu.

Allah rəhmət eləsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu