Nəvəsini məktəbə mühafizəçi ilə göndərən yüksək vəzifəli şəxs Məzahir Pənahov olub


Nəvəsini məktəbə mühafizəçi ilə göndərən yüksək vəzifəli şəxs Məzahir Pənahov olub


Nəvəsini məktəbə mühafizəçi ilə göndərən yüksək vəzifəli şəxs Məzahir Pənahov olubBakıda dərsdə mühafizəçi ilə oturan məmur nəvəsinin kimliyi məlum olub.



Sözügedən məktəbli qız Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ikinci sinfdə təhsil alan nəvəsidir.
O, hazırda təhsil aldığı 134 saylı məktəbə mühafizəçi ilə gedib-gəlir. Azyaşlı şagirdin bu hərəkəti məktəbdə təhsil alan digər şagirdlərin ciddi narahatlığına səbəb olub. Məzahir Pənahovun nəvəsi olan şagirdin bundan öncə isə 6 saylı məktəbdən intizamsızlığına görə çıxarıldığı deyilir.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan dövlət qurumlarından birinin mətbuat xidməti rəhbəri övladının təhsil aldığı orta məktəbdə şagirdlərdən birinin dərslərə mühafizəçi ilə girdiyini, həmin şagirdin hansısa məmurun nəvəsi olduğunu yazmışdı. Amma məktəin nömrəsini və məmurun adını qeyd etməmişdi. Daha sonra isə yazdığı statusu silmişdi. (Demokrat.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu