Məzahir Pənahov 2019-cu ildə öz ərizəsi ilə işdən azad olunub - BDU-dan açıqlama


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunmasına dair məlumat həqiqətə uyğun deyil.


AFN.az xəbər verir ki, bu barədə məlumatı BDU-nun mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, Məzahir Pənahov indi yox, 27 may 2019-cu ildə öz ərizəsi ilə işdən azad olunub.

Fakültə Elmi Şurasının qərarı ilə bu ilin yanvarın 27-də Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə Rəhim Rəhimov seçilib.

Mətbuat orqanlarını istənilən məlumatı yayarkən dəqiqləşdirməyə çağırırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu