İnam Kərimov toplananların yerini dəyişməklə cəmi dəyişmək istəyir?


İnam Kərimov toplananların yerini dəyişməklə cəmi dəyişmək istəyir?


Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Seymur Mövlayev nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri təyin olunub. Bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb. O, bu vəzifədə Mirzə Əliyevi əvəz edib. Nazirin digər əmri ilə isə AKİA-nın keçmiş sədri AXA-nın rəhbəri vəzifəsinə təyinat alıb. Kənd Təsərrüfatı Nazirliyindən xəbəri Report-a təsdiqləyiblər.



Nazirin kadrların yerdəyişməsi qərarlarını AFN-ə şərh edən ekspert bildirib ki, bu, sadəcə gülüncdür: "Əslində İnam Kərimovdan daha böyük və daha ciddi işlər gözləyirdik. Təəssüflər olsun ki, o, kənd təsərrüfatı naziri kimi özünü doğrultmadı. Ya bacarmadı, ya imkan vermədilər. Son yerdəyişmə də göstərir ki, imkan verilmir. Üstəlik, bu il kənd təsərrüfatı məhsullarının qiymətindəki fantastik hədd də deməyə əsas verir ki, İnam Kərimov bu sahəni yarıtmadı. Onun ASAN Xidmətin yaradılmasındakı rolu danılmazdır, amma iqtisadi sahədə bacarmadı".





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu