İnam Kərimov İƏT Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürdü




İqtisadi Əməkdaşlıq Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 6-cı iclasında Kənd Təsərrüfatı naziri İnam Kərimov ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin (ECO-RARiN) yaradılması ilə bağlı təşəbbüs irəli sürüb.

İ. Kərimov bildirib ki, Mərkəzin faəliyyəti ilə bağlı sənəd layihəsi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanaraq yerli dövlət qurumları və üzv ölkələrlə razılaşdırılıb. Nazir əlavə edib ki, ECO-RARİN-nin yaradılmasında əsas məqsəd aqrar tədqiqatlar, innovasiyaların tətbiqi və müasir texnologiyaların ötürülməsində ECO-ya üzv ölkələr arasında regional səviyyədə sıx və səmərəli əməkdaşlığın qurulmasına nail olmaqdır. Bu məqsədlə üzv ölkələrdə fəaliyyət göstərən bütün müvafiq qurumalar və ya mərkəzlər sıx əməkdaşlıq edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu