Çempionlar Liqası: 1/8 finala daha 3 vəsiqə sahibini tapa bilər


Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq.



"Report"un məlumatına görə, son oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.

A qrupunda Almaniya "Bavariya"sı 1/8 finala vəsiqəni bu tur rəsmiləşdirə bilər. 3 oyundan maksimum xal toplayan Münhen təmsilçisi evdə "Zalsburq"u məğlub edəcəyi halda adını pley-offa yazdıracaq. Qrupun digər görüşündə İspaniya "Atletiko"su Rusiyanın "Lokomotiv" (Moskva) klubunu qəbul edəcək.

Gecənin maraqlı oyunlarından biri B qrupunda baş tutacaq. İtaliya "İnter"i doğma meydanda cari mövsüm turnirdə elə də uğurlu çıxış etməyən İspaniya "Real Madrid"i ilə qarşılaşacaq.

C qrupunda İngiltərənin "Mançester Stii" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. "Şəhərlilər" rəibinə qalib gələrək, sona 2 tur qalmış 1/8 finala vəsiqəni təmin edə bilərlər.

D qrupunda isə Çempionlar Liqasının son qalibi İngiltərə "Liverpul"u İtaliyanın "Atalanta" komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Qələbə qazanacaqları təqdirdə merisaydlıların qrupdan çıxmağı rəsmiləşəcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

IV tur

A qrupu

00:00. "Atletiko" (İspaniya) - "Lokomotiv" Moskva (Rusiya)

00:00. "Bavariya" (Almaniya) - "Zalsburq" (Avstriya)

Xal durumu: "Bavariya" - 9, "Atletiko" - 4, Lokomotiv" (Moskva) - 2, "Zalsburq"- 1

B qrupu

21:55. "Borussiya" Münxenqladbax (Almaniya) - "Şaxtyor" (Ukrayna)

00:00. "İnter" (İtaliya) - "Real Madrid" (İspaniya)

Xal durumu: "Borussiya" (Münxenqladbax), "Şaxtyor" - 4, "Real Madrid" - 4, "İnter" - 2

C qrupu

21:55. "Olimpiakos" (Yunanıstan) - "Mançester Siti" (İngiltərə)

00:00. "Marsel" (Fransa) - "Porto" (Portuqaliya)

Xal durumu: "Mançester Siti" - 9, "Porto" - 6, "Olimpiakos" - 3, "Marsel" - 0

D qrupu

00:00. "Ayaks" (Niderland) - "Midtüllan" (Danimarka)

00:00. "Liverpul" (İngiltərə) - "Atalanta" (İtaliya)

Xal durumu: "Liverpul" - 9, ""Ayaks" - 4, Atalanta" - 4, "Midtüllan" - 0.

Qeyd edək ki, ilk oyun günündəki nəticələrdən sonra İspaniyanın "Sevilya", "Barselona", İngiltərənin "Çelsi" və İtaliyanın "Yuventus" klubları 1/8 finala vəsiqə əldə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu