Müdafiə Nazirliyi Seyfəli poliqonunda baş verən partlayışlar haqda
"Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir".
Bu barədə AFN-ə Müdafiə Nazirliyindən məlumat verilib.
"Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - nazirlikdən qeyd edilib.
Qeyd edək ki, minaların utilizasiyası zamanı partlayış səsləri Gəncə şəhərində də eşidilib.