Gənc oğlan gəmidən suya düşdü, 15 saat okeanın ortasında qaldı

ABŞ-da 28 yaşlı gənc səyahət zamanı gəmidən yıxılıb və 15 saat okean sularında qalıb.
Azpost.info bildirir ki, bu barədə “New York Post” məlumat yayıb.
“Carnival Valor” adlı kruz gəmisinin sərnişininin yoxa çıxdığını ilk dəfə bacısı bilib. Onlar noyabrın 23-ü çərşənbə günü axşam gəminin barlarından birində birlikdə içki içiblər. Saat 23:00 radələrində kişi tualetə gedib və geri qayıtmayıb. Amma nədənsə, itkin düşənin yaxını onun yoxa çıxması barədə yalnız səhəri günün ortalarında məlumat verib.
Bundan sonra gəmi yenidən Yeni Orleana geri qayıdıb. Xilasedicilər okeana düşmüş adamı axtarmağa başlayıblar. O, 24 noyabr cümə axşamı saat 20:30-da Luiziana sahillərində tapılıb və Sahil mühafizəsinin helikopterinin göyərtəsinə qaldırılıb. Xüsusi xidmət orqanları adamın sağ qalmasını möcüzə adlandırıblar.
Zərərçəkmiş Nyu -Orleandakı xəstəxanaya aparılıb. Kişi ağır hipotermiya, şokdan əziyyət çəkib. Lakin həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər.