Məşhur rusiyalı idman ustası şəxsi helikopterində qəzaya düşərək ölüb


Əməkdar Aviasiya idmanı ustası Kurlev noyabrın 27-də Tver vilayətinin Kesovoqorsk rayonunun Vyazovets kəndi yaxınlığında şəxsi “Robinson 66” helikopterində qəzaya uğrayıb.


AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, idmançı qəza yerində həlak olub. Robinson-R66-un içərisində 54 yaşlı Kurlev və onun qardaşı Dmitri olub. Aldıqları xəsarətlərdən hər ikisi yerindəcə ölüb.
“Mash Telegram” kanalının məlumatına görə, hadisə qardaşlar evə qayıdarkən baş verib. Belə ki, helikopter havaya qalxarkən yoldan təxminən 300 metr aralıda tarlaya düşüb. Yaxınlıqdakl kəndin sakinləri qəza yerinə gəldikdə hər iki şəxsin ölmüş olduğunu bildiriblər.
Kurlev 2006-cı ildə təyyarədə akrobatika üzrə mütləq dünya çempionu olub. 2007-ci ildə Rusiyanın Aviasiya idman ustası adına layiq görülüb. İki il sonra pilot Robinson helikopterində ilk transatlantik uçuşunu edib.
1968-ci il təvəllüdlü pilot və 1975-ci il təvəllüdlü sərnişinin ölümü ilə bağlı istintaq Komitəsi (İK) yoxlamaya başlayıb. Qəzanın mümkün səbəbinin texniki nasazlıq və pilot xətası olduğu deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu