Qarınqulu kişilərin "bədbəxt" arvadları çarəni şikayət etməkdə gördülər

İngiltərəli qadın sosial şəbəkədə ərindən şikayət edib və boşanmaqda qərarlı olduğunu deyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Britaniyanın Mumsnet forumunun istifadəçisi ərinə kökəlməyi qadağan etmək planlarından danışıb və əri kökəlməyə davam edərsə, ondan boşanacağına söz verib. Qadın qayınatasının kök olduğunu və yeriməkdə çətinlik çəkdiyini yazıb. Onun sözlərinə görə, kişini qınamır, amma oğlunun atasının yolunu davam etdirəcəyindən narahatdır: “Ərim atasının taleyini təkrarlaya bilər. Biz heç vaxt birlikdə nahar yemirik, o, mənim bişirdiyim sağlam yeməklərini yemir, sadəcə fasfudlar sifariş edir”.
İstifadəçi əlavə edib ki, o, xüsusi olaraq sağlam qidalar hazırlayır, porsiyalara düzüb soyuducuya qoyur ki, əri istənilən vaxt bədən quruluşuna zərər vermədən qəlyanaltı etsin. Lakin kişi arvadının səylərinə məhəl qoymur və hazır yemək sifariş etməyə davam edir. Gecələr isə yemək yeməmək və yüngül aclıq hissi ilə yatmaq qaydasına da əməl etməkdən imtina edir. Cütlüyün uşaqları var və onlar tez-tez birlikdə gəzintiyə çıxırlar. Adətən evdən çıxmazdan əvvəl ana və və uşaqlar tez acmamaq üçün qəlyanaltı yeyirlər. Kişi isə ac olmadığını bəyan edərək gəzintinin lap əvvəlindən zərərli qəlyanaltılar alır.
Qadın ərinə onun xarici görkəmindən və sağlamlığından narahat olduğuna eyham vurub. “O, məsləhətlərimi qəbul etmir! Ona desəm ki, qarnı atası qədər böyüsə, boşanacağam, bu kömək edərmi?” - deyə qadın forum istifadəçilərindən soruşub. Şərhlərdə yazı müəllifindən özünə kənardan baxmaq və yeməklərə münasibətini təhlil etməsi istənilib. Onlar qidalanmaya və həm kişilərin, həm də qadınların sağlam görünməməsinə diqqət çəkiblər. Abunəçilərin fikrincə, cütlükdə harmoniya üçün hər iki tərəf öz problemləri ilə məşğul olmalı və qida ilə bağlı məsələlərdə güzəştə getməlidirlər. Daha əvvəl bildirilmişdi ki, Reddit istifadəçisi olan digər bir qadın da qarınqulu ərinin evdəki bütün yeməkləri yeməsindən və bununla da onların nikahını təhlükəyə atmasından şikayət edib və şəbəkə istifadəçilərindən dəstək və anlayış görüb. Qadın bildirib ki, əri bütün yeməkləri yeyir və ona bir tikə də saxlamır.