Nostradamusun dəhşət saçan proqnozları - reallaşsa 2029-cu ilədək bəşəriyyət məhv olacaq!


İnsanlar həmişə özlərinin, ölkələrinin və bütün dünyanın gələcəyini öyrənməyə çalışıblar. Yaşınızdan, statusunuzdan və cəmiyyətdəki mövqeyinizdən asılı olmayaraq, bu yazı sizdə mütləq maraq doğuracaq. Nostradamusun 2022-2029-cu illərdə bütün dünya üçün proqnozları sizə koronavirus, iqtisadiyyat, dünya müharibəsi və s. haqqında düşünmək üçün də əsas verəcək.


ABŞ və Avropa üçün Nostradamus ciddi dağıdıcı proseslərin başlanacağını proqnozlaşdırıb. ABŞ demək olar ki, şüanın içinə girməyə hazırdır. İnsanların və maliyyənin qərbdən şərqə qlobal hərəkəti olacaq ki, bu da Avropada qüvvələr balansını əhəmiyyətli dərəcədə dəyişəcək. İqtisadiyyatdakı qlobal dəyişikliklərə görə bir çox insanlar özlərini yeni sahədə sınamağa qərar verirlər. Bəziləri peşəsini dəyişmək və pul qazanmağın yeni yollarını axtarmaq qərarına gəlir. Bununla belə, Nostradamusun proqnozuna görə, ənənəvi peşələrin nümayəndələri tədricən ən uğurlu insanlar olacaqlar, fermerlər, sənətkarlar, aqronomlar və s.peşə sahibləri üçün iş tağmaq çətin olmayacaq. Böyük miqyaslı təbii fəlakətlər bir çox öncəgörənlər tərəfindən proqnozlaşdırılıb. Nostradamus da istisna deyildi. Baxmayaraq ki, o dövrlərdə indi gördüyümüz kimi problemlər yox idi. Amma şifrələnmiş məlumatlar təkcə iqlim dəyişikliyindən deyil, həm də ciddi təbii fəlakətlərdən açıq şəkildə xəbər verir.
Kütləvi yanğınlar bütün dünyada böyük problemlərə səbəb olacaq. Astroloq iddia edirdi ki, atəş o qədər güclü olacaq ki, səmada nə ayı, nə də ulduzları görmək mümkün olmayacaq.

Nostradamusun proqnozuna görə, Afrikada aclıq və quraqlıq başlayacaq. Təbii fəlakətlərin və aclığın qurbanlarının çoxu Avropanın qərb hissəsində məskunlaşmağa başlayacaq. Lakin buradakı yanğınlar həm də ərzaq qıtlığına səbəb olacaq və yerli hakimiyyət orqanlarını zəiflədəcək.

Dünyanın bir hissəsi quraqlıqdan və yanğınlardan əziyyət çəkdiyi halda, digər bölgələri sonsuz leysan yağışları bürüyəcək, nəticədə okeanlarda suyun səviyyəsi yüksələcək. Beləliklə də planetin bəzi sahilyanı əraziləri su altında qalacaq. Nəticə eyni olacaq - yoxsulluq, aclıq, iğtişaşlar. Ən çox təbii fəlakətlər Okeaniya və Avstraliyada baş verəcək.
Nostradamus bir ulduzun Yerə düşməsindən danışır ki, bu da inanılmaz gücə malik sunamiyə gətirib çıxaracaq. Bu səbəbdən bütün ölkələr Yer üzündən yox ola bilər.

Xəstəliklər və epidemiyalar haqqında proqnozlar

2020-ci ildə başlayan və 2022-ci ildə də davam edən koronavirus bütün dünyanı kökündən dəyişdirdi. Hökumətləri səhiyyəni yenidən düşünməyə, peyvənd etməyə, sərhədləri bağlamağa və qloballaşma dövründə qeyri-mümkün görünən dünyanın qalan hissəsi ilə əlaqəni kəsməyə məcbur etdi. Nostradamusun dördlüklərində milyonlarla insanın həyatına son qoyacaq yeni bir infeksiyanın ortaya çıxmasına dair göstərişlər var. Xəstəlik bəşəriyyətə 3 il əzab verməyə davam edəcək, nəhayət onu məğlub edəcək bir vasitə tapılacaq.

Planetlərin paradı bəşəriyyəti məhv edəcək?

Bəzi tərcüməçilərin fikrincə, Nostradamusda planetlərin paradı günü hansısa planet fəlakətini göstərən dördlüklər var. Hərfi öncəgörməlikdən biri budur: “...Həmin il Günəş Dolça bürcü ilə üzbəüz Şir bürcündə olacaq... Bu səbəbdən planetimizdə fəlakət baş verə bilər ki, bunun nəticəsində bəşəriyyət demək olar ki, tamamilə öləcək”. Ancaq belə astronomik hadisələr müntəzəm olaraq - təxminən 20 ildə bir dəfə baş verir və onlar hələ də bütün canlıların ölümünə səbəb olmayıb. Planetlərin növbəti paradı 2022-ci ilin martında olacaq. Yerin maqnit sahəsinin dəyişə biləcəyinə dair bir fikir var və bu, temperaturun kəskin sıçrayışına səbəb ola bilər. Bundan sonra bütün planetdə geridönməz dəyişikliklər başlayacaq: Suyun əhəmiyyətli bir hissəsi buxarlanacaq. Çox güclü qasırğalar və tornadolar baş verəcək. Yatan vulkanlar oyanacaq. Vulkan külü və yüksək rütubət “nüvə qışı”nın analoqunu yaradacaq. Planetdəki bütün həyat bu dəhşətli hadisələrə tab gətirə bilməyəcək şəkildə yox ola bilər! Ancaq əvvəlcədən panikaya düşməyin. Bəlkə də Nostradamus səhv hesablayıb. 2022-ci ildə onun danışdığı planetlərin paradı isə əvvəllər baş verənlərdən heç bir fərqi olmayan adi bir kosmik hadisə olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu