Görünür, mənimlə bağlı cəza verənin ədalət tərəzisi əyilib - icra hakimiyyətindən işdən çıxarılan şöbə müdiri açıqlama yaydı


Füzuli rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin sabiq müdiri Bayram Niftəliyev işdən çıxarılmasının səbəbinə aydınlıq gətirib.


AFN.az-ın xəbərinə görə, bir müddət əvvəl vəzifəsindən ayrılan B.Nifyəliyev sosial şəbəkə hesabında qeyd edib ki, saytlarda onun işğaldan azad olunmuş ərazilərə müvafiq icazə olmadan, qanunsuz səfər etdiyinə görə işdən çıxarıldığı bildirilsə də, gerçəklik tamam başqadır: "Məni tanıyanlar bilirlər ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən işğal altında olan torpaqlarımız azad edildikdən sonra mütəmadi olaraq Füzuli rayonuna səfərlər etmişəm. Füzuli rayonuna səfər etmiş yüksək rütbəli dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəsmilərini, yerli və xarici kütləvi informasiya vasitələrinin əməkdaşlarını, bologerləri, QHT rəhbərlərini rayondan olan rəsmi şəxs kimi müşayiət etmişəm. Həmin səfərlər zamanı 30 ilə yaxın işğal dövründə erməni vandalizminə məruz qalmış mədəniyyət abidələri, dini abidələr, məktəblər, kitabxanalar, infrastruktur obyektləri və.s. barədə danışmışam, yerli və xarici telekanallara bununla bağlı müsahibələr vermişəm. İşğaldan azad olunmuş Füzuli rayonuna rəsmi səviyyədə dəfələrlə səfərlər etmiş birinin həmin yerlərə qanunsuz, gizli getməsi tamamilə absurddur. Görünür, mənimlə bağlı cəza verənin ədalət tərəzisi əyilib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu