İnsanlıq itir! 8 aylıq hamilə qadını öldürüb, körpəsini oğurlayıblar - FOTO


Meksikada 8 aylıq hamilə qadını öldürüb, körpəsini oğurlayıblar.


AFN.az xarici mətbuata istinadən xəbər verir ki, günlərdir itkin düşən 8 aylıq hamilə qadının öldürülərəl, körpəsinin oğurlandığı məlum olub.

Belə ki, noyabrın 26-da Meksikanın Nuevo Leon əyalətinin Eskobedo şəhərində mobil telefon tətbiqi ilə çağırdığı taksiyə mindikdən sonra yoxa çıxan 19 yaşlı 8 aylıq hamilə qadının cəsədi günlər sonra tapılıb. Onun anbarda öldürülən başqa bir qadının meyiti ilə birgə tapıldığı bildirilir. Martanın körpəsinin oğurlandığını və boğularaq öldürüldüyünü açıqlayan Baş Prokurorluq, öldürülən digər qadının isə taksidə Marta ilə birlikdə gedən 34 yaşlı rəfiqəsi Klaudiya olduğunu bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu