Azərbaycanın xilasediciləri 2 bacını 128 saat sonra dağıntılar altından belə çıxartdılar - VİDEO

Azərbaycanın xilasedicilərin 2 bacını 128 saat sonra dağıntılar altından xilas etməsi duyğusal anlar yaşadıb.
AFN.az xəbər verir ki, Kahramanmaraş rayonu ərazisində dağıntılar altında 128 saat qalan 2 bacı – 8 yaşlı Tavilla və 13 yaşlı Xədicə ilasedicilərimizin peşəkarlığı sayəsində xilas ediliblər.
Kahramanmaraşda əməliyyatların başında olan Kayseri valisi Gökmen Çiçək həmin anları sosial şəbəkədə paylaşıb: "Azərbaycanlı bacı-qardaşlarımız, Allah sizdən razı olsun. Zəlzələnin ilk saatında gəlib zəhmət çəkdilər. Zəlzələnin 127-ci saatında daha bir canımızı qurtardılar. Azərbaycan var olsun".
Həmin anlar, xilasedicilərimizin sevnc göz yaşlarını əks etdirən görüntüləri təqdim edirik: