Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapılıb


Naftalanda 69 yaşlı kişinin meyiti aşkarlanıb.

AFN.az xəbər verir ki, hadisə şəhərdə yerləşən sanatoriyalardan birində qeydə alınıb. Məlum olub ki, meyiti tapılan şəxs Özbəkistan Respublikasının vətəndaşı, 1957-ci il təvəllüdlü Z.Mahmudoviçdir.

İlkin məlumata görə, Özbəkistandan Naftalana istirahətə gələn şəxs ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu