Qusardakı hoteldə əcnəbinin meyiti tapıldı


Qusarda yerləşən hoteldə meyit tapılıb.

AFN.az Bizim.media-ya istinadən xəbər verir ki, hadisə fevralın 13-ü saat 14 radələrində Çiləgir kəndində yerləşən “Chateau” hotelində baş verib.

1957-ci il təvəllüdlü Ukrayna vətəndaşı Boris Merzlyakovun meyiti hotel otağında aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib. Şəxsin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu