Fransanın yeni strateji raketinin sınağı keçirilib


Fransa Prezidenti Emmanuel Makron M51.3 strateji ballistik raketinin sınağını uğurlu adlandıraraq, bunun bütün dünyaya güclü və aydın siqnal olduğunu bildirib.

AFN.az xəbər verir ki, Makron bu barədə hərbçilər qarşısında çıxışı zamanı danışıb.

Prezident bildirib ki, sınağı “Overn” çoxməqsədli freqatından izləyib.

Makron qeyd edib ki, azad olmaq üçün qorxuducu olmaq lazımdır. Onun sözlərinə görə, bunun üçün güclü olmaq tələb olunur.

M51.3 sualtı qayıqlardan buraxılan strateji ballistik raketdir. Fransa onun ilk sınaq buraxılışını oktyabrın 6-da həyata keçirib. Raket nüvə başlığı olmadan sınaqdan keçirilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu