Şimali Koreyanın ballistik raket sınağı Rusiya ilə əməkdaşlığın nəticəsidir


ABŞ-da yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatında Şimali Koreyanın sınaqdan keçirdiyi "Hwasong-18" raketinin ölçüləri və uçuş yolu məlumatının Rusiyanın "Topol-M" qitələrarası ballistik raketi ilə demək olar ki, eyni göründüyü açıqlanıb.


"NBC News"un əldə etdiyi məlumata görə, Şimali Koreyanın bu sınağı həm də “Hwasong-18”-in Vaşinqtona qədər çoxlu sayda termonüvə döyüş başlığı göndərmək qabiliyyətini nümayiş etdirib.

Massaçusets Texnologiya İnstitutunun (MIT) elm, texnologiya və milli təhlükəsizlik siyasəti üzrə professoru Teodor A. Postol deyib: "Bu qabaqcıl imkanların qəfil ortaya çıxmasını Rusiya hökuməti və alimlərinin əməkdaşlığı olmadan izah etmək çətindir".

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Asiya və Koreya üzrə baş vitse-prezidenti Viktor Ça deyib: "Tarixən Rusiya Koreya yarımadasında həmişə çox fəal və fürsətçi olub və onlar burada bir fürsət axtarırlar".

Rusiyanın sursata ehtiyacı olduğunu, Şimali Koreyanın isə 1,1 milyonluq ordusu olduğunu qeyd edən Ça, "Şimali Koreyanın da ballistik raketlərə və ballistik raket texnologiyasına ehtiyacı var" - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu