Şimali Koreyanın ballistik raket sınaqlarından sonra Cənubi Koreya 4 nəfərə və 3 təşkilata sanksiya tətbiq edib


Cənubi Koreya Şimali Koreyadan qitələrarası ballistik raket sınaqları keçirən 4 nəfər və 3 təşkilata birtərəfli sanksiya tətbiq etdiyini açıqlayıb.


AFN.az "Yonhap" istinadən xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi reaksiyalara və qınaqlara baxmayaraq, Şimali Koreyanın ballistik raket sınaqlarını davam etdirməsi ilə bağlı mətbuata açıqlama verib.

Nazirlik regionda sülh və təhlükəsizliyi təhdid etməkdə ittiham etdiyi Şimali Koreyanı nüvə silahı və maliyyə təmin edən 4 şəxs və 3 təşkilata qarşı sanksiyalar tətbiq edildiyini açıqlayıb.

Sanksiyaya məruz qalan Şimali Koreya Müdafiə Nazirliyinə bağlı "Chilsong" və "Korea Paekho" şirkətlərinin 1980-ci ildən bəri Yaxın Şərq və Afrikadakı sənət və inşaat fəaliyyətləri ilə Pxenyan rəhbərliyini maliyyələşdirdiyi məlumdur.

Sanksiyaya məruz qalanlar arasında yüksək rütbəli dövlət məmurları Conq Kyonq-Thaek və Pak Kvanq-ho ilə yanaşı, Konqodakı sənət və tikinti fəaliyyətləri ilə Şimala gəlir gətirdikləri bildirilən Hvanq Kil-su və Pak Hva-sonq da var.

Son sanksiyalar ötən il hökuməti təhvil alan Yoon Suk-yeol administrasiyasının sayca 10-cu birtərəfli sanksiyaları kimi qeyd olunur.

Şimali Koreya iyulun 12-də Hwasong-18 tipli “bərk yanacaqlı qitələrarası ballistik raketi” sınaqdan keçirdiyini açıqlayıb. Bildirilib ki, “Hwasong-18” tipli raketin hündürlüyü və uçuş müddəti “rekord” səviyyəyə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu