"Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO
Taksi fəaliyyəti üçün günlük avtomobil icarəyə götürən Beyləqan sakini Mətin Əlizadə lizinq şirkətindən şikayətçidir.
AFN.az Xəzər TV-yə istinadən xəbər verir ki, Mətin Əlizadə iddia edir ki, 2021-ci ildə "Xəzər Lizinq" MMC-dən ''99-PX-793'' dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 25 manata götürüb:
''Bir ay ərzində maşını sürdüm, sonra qəza elədim. Maşında başqa texniki problemlər də oldu. Dedilər, apar servisə. Verdim servisə, “Opel” verdilər. Sonra onu da qaytardım. Mənə dedilər ki, sənin o maşınlarla əlaqən yoxdur. Üstündən 4 il keçmişdi, mənə məktub gəldi ki, 14 min borcun var. Mən də şikayət elədim. Sonra, 2026-da məktub gəlib ki, sizin 17979 manat borcunuz var''.
Müsahibimizin sözlərinə görə, bundan sonra uzun müddət məsələ ilə bağlı ona hər hansı tələb irəli sürülməyib. Məsələni mürəkkəbləşdirən əsas məqam tərəflər arasında illər əvvəl baş verdiyi deyilən hadisənin bu gün yenidən gündəmə gəlməsidir.
Şikəyətçi deyir ki, başına gələnlərlə bağlı məhkəməyə müraciət edəcək.



