Hava şəraiti qeyri-sabit keçəcək, külək əsəcək, yağış yağacaq
![](/uploads/posts/2023-08/1693222465_1d67c848-e766-3f29-bf58-9f06da7957a5_850.jpg)
Bakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindənverilən AFN.az-a məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında vqustun 29-u səhər şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal var.
Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.