"Qarabağ"ın rəqibləri müəyyənləşdi
Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Mərasim Monakoda keçirilib.
AFN Matc.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayan tədbirdə 48 klub 12 qrupa bölünüb. Bu komandalardan 21-i Avropa Liqasında pley-off mərhələsinin qalibidi. Çempionlar Liqasının 10 uğursuzu, həmçinin birbaşa qrupdan mübarizəyə başlayacaq 17 klubun da püşkatmada rəqibi dəqiqləşib.
Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda 6-cı, Avropa Liqasında 5-ci dəfə əsas mərhələdə çıxış edəcək. Püşkün nəticəsinə görə A qrupuna düşən “Qarabağ” “Sevilya”, APOEL və “Düdelanj”la mübarizə aparacaq.
Qeyd edək ki, sentyabrın 19-da başlayacaq qrup mərhələsinin oyunları dekabrın 12-də yekunlaşacaq.
Avropa Liqası
Qrup mərhələsi
A qrupu
“Sevilya” (İspaniya)
APOEL (Kipr)
“Qarabağ” (Azərbaycan)
“Düdelanj” (Lüksemburq)
B qrupu
“Dinamo” (Kiyev, Ukrayna)
“Kopenhagen” (Danimarka)
"Malmö" (İsveç)
“Luqano” (İsveçrə)
C qrupu
“Bazel” (İsveçrə)
“Krasnodar” (Rusiya)
“Xetafe” (İspaniya)
“Trabzonspor” (Türkiyə)
D qrupu
“Sportinq” (Portuqaliya)
PSV (Hollandiya)
“Rusenborq” (Norveç)
LASK (Avstriya)
E qrupu
“Latsio” (İtaliya)
“Seltik” (Şotlandiya)
“Renn” (Fransa)
ÇFR (Rumıniya)
F qrupu
“Arsenal” (İngiltərə)
“Ayntraxt” (Almaniya)
“Standard” (Belçika)
“Vitoriya” (Portuqaliya)
G qrupu
“Portu” (Portuqaliya)
“Yanq Boyz” (İsveçrə)
“Feyenoord” (Hollandiya)
“Reyncers” (Şotlandiya)
H qrupu
MOİK (Rusiya)
“Ludoqorets” (Bolqarıstan)
“Espanyol” (İspaniya)
“Ferensvaroş” (Macarıstan)
I qrupu
“Volfsburq” (Almaniya)
“Gent” (Belçika)
“Sent-Etyenn” (Fransa)
“Aleksandriya” (Ukrayna)
J qrupu
“Roma” (İtaliya)
“Borussiya” (Mönhenqladbax, Almaniya)
“Başakşəhər” (Türkiyə)
“Volfsberq” (Avstriya)
K qrupu
"Beşiktaş" (Türkiyə)
“Braqa” (Portuqaliya)
“Vulverhempton” (İngiltərə)
“Slovan” (Slovakiya)
L qrupu
“Mançester Yunayted” (İngiltərə)
“Astana” (Qazaxıstan)
“Partizan” (Serbiya)
“Alkmar” (Hollandiya)