Bunu dünəndən başlayan büdcə müzakirələri də göstərdi... - İqtisadçı




"Milli Məclisdə müzakirə olunan dövlət büdcəsi və ya Neft Fondunun büdcəsindən xaricdə öz hesabına təhsil alan aztəminatlı ailələrin övladlarının pandemiya müddətində təhsil haqlarının ödənilməsinə vəsait ayrılsın”.



Qaynarinfo xəbər verir ki, bu təkliflə iqtisadçı alim Qubad İbadoğlu çıxış edib. O bildirib ki, pandemiyadan zərər çəkənlər yalnız ölkə daxilində yaşayanlar deyil, həmçinin xaricdə təhsil alan Azərbaycan vətəndaşlarıdır:

"Onların bəzilərinin xərcləri dövlət proqramları vasitəsilə qarşılansa da, əksəriyyəti özlərinin və valideynlərinin hesabına oxuyurlar. Xaricdəki tələbələr bir qayda olaraq işləyərək qazandıqları ilə yaşayış və təhsil xərclərini ödəyirdilər. Hazırda iş yerlərinin ixtisarı onların bir çoxunu çıxılmaz vəziyyətə salıb. Ölkə daxilində aztəminatlı tələbələrin təhsil haqlarının ödənilməsi üçün büdcədən 40 milyon manat ayrılsa da, xaricdə təhsil alanların hazırkı çətin durumu hələ də höküməti qayğılandırmır. Bunu dünəndən başlayan büdcə müzakirələri də göstərdi. Təəssüf ki, bu barədə nə hökümət nümayəndələri, nə də Milli Məclis üzvləri danışdı. Təklif edirəm ki, hazırda Milli Məclisdə müzakirə olunan dövlət büdcəsi və ya Neft Fondunun büdcəsindən xaricdə öz hesabına təhsil alan aztəminatlı ailələrin övladlarının pandemiya müddətində təhsil haqlarının ödənilməsinə vəsait ayrılsın”.

Qubad İbadoğlu qeyd edib ki, dövlət büdcəsindən və ya Neft Fondundan 10 milyon manat ayrılarsa, bu, xaricdə çətin vəziyyətdə qalan azərbaycanlı tələbələr üçün əhəmiyyətli maddi dəstək ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu