Rusiyada son sutkada 570 nəfər pandemiyanın qurbanı olub


Rusiyada son bir gündə daha 24 763 nəfərə COVID-19 diaqnozu qoyulub.



“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 495 816 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 570 nəfər artaraq 63 940-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 882 044 nəfər sağalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu