Rusiyada son sutkada 594 nəfər pandemiyanın qurbanı olub
Rusiyada son bir gündə daha 17 741 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 774 672 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 594 nəfər artaraq 71 076-ya yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 202 483 nəfər sağalıb.