Rusiyada son sutkada 409 nəfər pandemiyanın qurbanı olub


Rusiyada son bir gündə daha 8 277 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 536 820 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 409 nəfər artaraq 98 442-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 155 996 nəfər sağalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu