Kamala Harrisin senator vəzifəsindən gedəcəyi tarix açıqlandı


Kaliforniya ştatından senator seçilən ABŞ-ın yeni vitse-prezidenti Kamala Harris həftənin ilk günü (18 yanvar – Red) qanunvericilərin sıralarını tərk edəcək.



“Report” xəbər verir ki, bu barədə “Hill” qəzeti Harrisin köməkçilərinə istinadən məlumat yayıb.

Artıq xanım diplomat ştatın qubernatoruna rəsmi məktub ünvanlayıb. Onun Senatda yerini ştatın vəkili Aleks Padill tutacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu