Ermənistana yeni səhiyyə naziri təyin olunub


Ermənistan səhiyyə nazirinin müavini Anait Avanesyan ölkənin yeni səhiyyə naziri təyin olunub.


“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan yanvarın 18-də bununla bağlı sərəncam imzalayıb.

Keçmiş səhiyyə naziri Arsen Torosyanın hökumət administrasiyasının rəhbəri təyin olunacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu