Baş Səhiyyə Mərkəzinə yeni direktor təyin olunub
Bakı Şəhər Baş Səhiyyə Mərkəzinə yeni direktor təyin olunub.
AFN xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə yeni vəzifəyə Elçin Abdurahman oğlu Əmirov təyinat alıb.
O, əvvəllər Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edib.
Qeyd edək ki, buna qədər Bakı Şəhər Baş Səhiyyə İdarəsinə Nelli Veyisova rəhbərlik edib. O, İTSDA-nın İdarə Heyəti sədrinin əmri ilə işdən azad edilib.