Ermənistanda koronavirusa yoluxanların sayı 203 mini ötüb


Ermənistanda son sutkada koronavirusa 510 yoluxma qeydə alınıb.


AFN xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 203 327-yə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 18 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 753 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların ümumi sayı isə 182 836-ya çatıb. Hazırda 15 785 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu