"Taliban": ABŞ qoşunlarını mayın 1-dək Əfqanıstandan çıxarmalıdır


"Taliban" hərəkatı ABŞ-dan hərbçilərini Əfqanıstandan mayın 1-dək çıxarmasını tələb edib.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

“Taliban” ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarmasını gecikdirdiyini bildirib. Hərəkat iddia edib ki, rəsmi Vaşinqton Qətərin Doha şəhərində əldə edilən ikitərəfli razılaşmanı pozub və mayın 1-dək qoşunlarını Əfqanıstandan çıxarmalıdır.

Xatırladaq ki, ABŞ prezidenti Cozef Bayden hərbçilərini Əfqanıstandan mayda çıxarmaqla 2021-ci il sentyabrın 11-dək başa çatdıracaqlarını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu