ABŞ hərbi kontingentinin üçdə birini Əfqanıstandan çıxardı


ABŞ bu ana qədər qüvvələrinin təxminən üçdə birini Əfqanıstandan çıxarıb.


Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın Mərkəzi Komandanlığının mətbuat xidməti yayıb.

Nazirliyə görə, bütün geriçəkilmə müddətinin 30-44%-i tamamlanıb. Xüsusilə Əfqanıstandan 300-ə yaxın yük təyyarəsi, avadanlıq və digər materiallar çıxarılıb, 13 min ədəd avadanlıq isə zərərsizləşdirilməsi üçün Müdafiə Nazirliyinin proqram agentliyinə təhvil verilib. ABŞ-ın altı obyekt üzərində nəzarəti rəsmi olaraq Əfqanıstan Müdafiə Nazirliyinə təhvil verdiyi də bildirilir.

Bundan əvvəl ABŞ səlahiyyətlilərinin 11 sentyabr – Nyu Yorkdakı terror hücumlarının ildönümünə qədər qoşunların geri çəkilməsini başa çatdırmaq niyyətində olduğu bildirilmişdi. Prezident Co Bayden administrasiyasına görə, ABŞ Əfqanıstandakı bütün tapşırıqları yerinə yetirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu