Almaniya Əfqanıstandan qoşunlarını çıxarmağa başladı


Almaniya Əfqanıstandan şəxsi heyətini və hərbi texnikalarını çıxarmağa başlayıb.


APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Almaniya Müdafiə Nazirliyinin yaydığı bəyanatında bildirilib.

"Bizim tapşırığımız artıq başa çatıb. Bu gündən qoşunların çıxarılmasına başlanılır. Çoxməqsədli hərbi helikopterlərdən kranlara qədər hər şey Almaniyaya daşınır”, - deyə məlumatda bildirilib.

Almaniyanın Əfqanıstandakı hərbi kontingentinin əsasən hərbi təlimçilər olmaqla təxminən 1000 nəfərdən ibarət olduğu bildirilir. Qoşunların çıxarılmasının sentyabradək davam etməsi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu