Rusiya Müdafiə Nazirliyinin elmi müəssisəsində dəhşətli yanğın: Ölən və yaralananlar var - VİDEO


Rusiyanın Tver şəhərində Aerokosmik Müdafiə Qoşunlarının Mərkəzi Elmi-Tədqiqat İnstitutunun binasında yanğın baş verib.


İlkin məlumatlara görə, bir nəfər ölüb, daha 20 nəfər yaralanıb. Onların vəziyyəti dəqiqləşdirilir.

Ümumilikdə 30-a yaxın insan tibbi yardım üçün müraciət edib.

Zərərçəkənlərdən bəziləri tüstüdən zəhərləniblər, digərləri isə yanğından xilas olmaq üçün pəncərələrdən atıldıqları üçün travma alıblar.

Müəssisənin əməkdaşları təxliyə ediliblər.

“Yanğının səbəbləri müəyyən edilir”, - deyə qarnizon komandanlığından bildiriblər.

İlkin ehtimallara görə, yanğın elektrik şəbəkəsinin qəzalı işləməsi səbəbindən baş verə bilər.

Mənbə: TASS



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu