Nigeriyada bazaya hücum: 5 əsgər öldürülüb
Nigeriyanın Katsina əyalətində hərbi bazaya silahlı hücum nəticəsində 5 əsgər həyatını itirib, 11-i yaralanıb.
Nigeriya ordusundan verilən açıqlamada silahlı dəstə üzvlərinin Katsina əyalətinin Faskari bölgəsindəki hərbi bazaya hücum etdiyi bildirilib.
Açıqlamada hücumda 5 əsgərin həyatını itirdiyi, 11 əsgərin isə yaralandığı qeyd edilib.
Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.
Son zamanlar silahlı şəxslərin motosikletlərə hücumu səbəbindən ölkənin bəzi ştatlarında motosikletlərdən istifadə qadağan edilib.