Nigeriyada silahlı hücum nəticəsində 21 nəfər həyatını itirib


Nigeriyanın Niger əyalətində baş verən silahlı hücumda 21 nəfərin həyatını itirdiyi bildirilib.



Milli mətbuatda yer alan xəbərə görə, gecə saatlarında Nigerin Madaka bölgəsinə motosikletlə gələn silahlı şəxslər ətrafa atəş açıblar.

Hücumda bölgə rəisi də daxil olmaqla 21 nəfər həyatını itirib, onlarla insan qaçırılıb.

Ən azı 50 evin yandırıldığı hücumda yerli sakinlərin ərzaq məhsulları oğurlanıb.

Bu arada Niger Dövlət Polisinin sözçüsü Vasiu Abiodun, hücumlar səbəbilə təhlükəsizlik qüvvələrinin polis və ordu ilə əməkdaşlıq edərək bölgəyə göndərildiyini bildirib.

Nigeriya müxtəlif bölgələrdə silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə mübarizə aparır.

Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu