Vanuatu sahillərində zəlzələ baş verib


Sakit okeanda ada ölkəsi Vanuatu dövləti bölgəsində 6,1 maqnitudalı zəlzələ baş verib.



“Report” Avropa Aralıq Seysmologiya Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin ocağı Malekula adasındakı Lakatoro şəhərindən 47 kilometrliyində, 160 kilometr dərinlikdə yerləşir.

Sunami təhlükəsi və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, Vanuatu dünyadakı zəlzələlərin 90 faizinin baş verdiyi 40 min kometr uzunluğu olan və Sakit Okeanı Alovlu Halqası deyilən vulkanlar və tektonik çatlar zolağında yerləşir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu