Kürdə batan Həmzə ilə Məhədin fotosu


Xəbər verdiyimiz kimi, ötən gün iki nəfər Kür çayının Qazax rayon ərazisindən keçən hissəsində batıb.


Çayda batan şəxslər Qazaxın Aslanbəyli kənd sakinləridir.

Onlardan 22 yaşlı Şirməmmədov Məhəd Elxan oğlunun nəşi ötən axşam saatlarında sudan çıxarılaraq ailəsinə təhvil verilib. Mərhum bu gün doğulduğu kənddə torpağa tapşırılıb. Kürdə batan 15 yaşlı Fəttahov Həmzə Arif oğlunun isə axtarışları davam edir.

Məlumata görə, Məhədin iyulun 20-də nişan mərasimi olacaqmış.

Məhədlə Həmzənin fotosunu təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu