“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLAR




Ötən gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən ikinci turunda keçirilən “Düdelanj”- “Qarabağ” oyununda (1:4) erməni təxribatı səbəbindən fasilə yaranmışdı.



Oyunun 30-cu dəqiqəsində, “Qarabağ” komandasının vurduğu ikinci qoldan sonra meydanın üzərində uçan aparat – dron peyda olub. Üzərində separatçı, qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı asılmış idarə olunan uçuş aparatı meydanın mərkəzinə doğru yönəldilib.

Bunun nəticəsində baş hakim oyunun dayandırılması barədə qərar qəbul edib. Təxminən 20 dəqiqədən bir qədər artıq yaranmış məcburi fasilədən sonra oyun dayandırıldığı dəqiqədən davam etdirilib. Təxribata görə yaranmış fasilə müddətində Lüksemburqun idman naziri insidentə görə Lüksemburq hökuməti adından “Qarabağ” komandasından və azarkeşlərdən üzr istəyib.

“Qarabağ” klubunun nümayəndələri yaranmış vəziyyətlə əlaqədar narahatlıq və narazılıqlarını yerindəcə “Düdelanj” klubuna və UEFA təmsilçilərinə bildiriblər. AFFA rəhbərliyi təcili şəkildə UEFA ilə əlaqə saxlayaraq hadisə ilə bağlı narahatlığını ifadə edib. Bundan əlavə, AFFA artıq UEFA-ya şikayət məktubu ünvanlayaraq müvafiq qaydada ölçü götürülməsini tələb edib.

Araşdırma zamanı məlum olub ki, hadisə “ultraqrup birinci erməni cəbhəsi” adlı qruplaşma tərəfindən törədilib. Onlar həm də stadion ətrafında olan avtomobillərə ziyan vurublar. Bu qruplaşma daha əvvəl də Rusiyada Azərbaycan bayrağını təhqir etmiş, sonradan bunu edənlər azərbaycanlılar tərəfindən tapılaraq diz çökdürülmüşdü.

Qeyd edək ki, dəstə təxribatı törətmədən əvvəl “instagram” hesablarından şəkildə paylaşıb. Onların əllərində dron olduğu görünür. Hazırda oyun zamanı təxribat törədən dəstənin üzvləri polis tərəfindən axtarışdadır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu