Gündüz Abbaszadə "Qarabağ"a mətbuat katibi təyin edildi


"Qarabağ” futbol klubuna mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat gerçəkləşib.



Bu barədə futbol klubunun "Facebook” səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, klubun mətbuat xidməti rəhbəri vəzifəsini jurnalist Gündüz Abbaszadə icra edəcək.

Qeyd edək ki, Gündüz Abbaszadə bundan öncə də 2011-2015-ci illərdə Neftçi PFK-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb.

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində "İdman" qəzeti, AzTV, ANS TV və CBC Sport-də fəaliyyət göstərib. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, Dünya və Avropa çempionatlarının final matçlarının şərhşisi olub. Bundan başqa 2019-cu ildə UEFA Avropa liqasının Bakıda keçirlimiş, Arsenal FK və Çelsi FK komandaları arasında baş tutmuş final oyununu şərh edib. 2009-cu ildə Ermənistanda keçirilən cüdo üzrə Avropa çempionatı zamanı İrəvan şəhərindən hazırladığı reportaj Prezident Kitabxanasında saxlanılır. Azərbaycan cüdoçusu Elmar Qasımovun qızıl medal qazandığı yarışda İrəvanda keçirlmiş Avropa çempionatını işıqlandırmış yeganə azərbaycanlı jurnalist Gündüz Abbaszadə olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu