Azərbaycana hərbi müdaxilə İranın sonu ola bilər


İran hərbi təyyarələrinin bir neçə gün əvvəl Azərbaycan sərhədlərini pozması Qafqaz regionunun cənub sərhədlərində geosiyasi qarşıdurmanın artmasına səbəb olub. Çünki martın 11-də baş vermiş hadisə İranın Azərbaycanı hərbi müdaxilə ilə təhdid etməsi deməkdir.


İranın istənilən təcavüzü Azərbaycanın ətrafında güclü beynəlxalq koalisiyanın formalaşmasına səbəb ola bilər. Qeyd edək ki, İran Ermənistan deyil və bu müharibədə Qərbin mövqeyi fərqli olacaq. Yəni İranın Azərbaycana qarşı lokal miqyaslı olsa belə, hücum cəhdi ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, İsrail və Türkiyə tərəfindən işğalçılıq müharibəsi kimi qiymətləndiriləcək. Həmçinin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirin də fəal şəkildə Azərbaycanı müdafiə etməsi gözlənilir. Yəni rəsmi Tehranın hər hansı müharibə cəhdi İranın hərbi obyektlərinə zərbə endirmək və molla rejiminin devrilməsini istəyən Qərb dövlətlərini onların Yaxın Şərqdəki müttəfiqlərini hərəkətə gətirə bilər. Təbii ki, söhbət İranın Avropadakı yaxın dostu olan Fransadan deyil, ABŞ, Britaniya, Türkiyə, İsrail, İtaliya, Səudiyyə Ərəbistanından gedir. Almaniya isə belə situasiyalarda öz mövqeyini əsasən diplomatik müstəvidə bildirməklə kifayətlənir. “Bir kəmər-Bir yol” layihəsinin keçdiyi Orta dəhlizdə müharibənin baş verməsini öz maraqlarına zidd hesab edən Çin də bu məsələdə İrana kəskin siyasi və iqtisadi təzyiqlər göstəməklə Azərbaycanı dəstəkləyə bilər. Ona görə də nüvə proqramını başa çatdırmaqda maraqlı olan İran hakimiyyətinin özünü beynəlxalq hədəfə gətirəcəyi hazırda real görünmür.

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu