Qida Təhlükəsizliyi İnstitutu işçilərinin maaşları artırıldı


Qida Təhlükəsizliyi İnstitutu işçilərinin maaşları artırıldı


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu işçilərinin əməkhaqlarına müddətli əlavənin məbləği müəyyən edilib.

AFN xəbər verir ki, bu, Nazirlər Kabinetinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən olunması barədə qərarında öz əksini tapıb.

Qərara əsasən, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə əməkhaqqlarına aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müddətli əlavə müəyyən olunub.

Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu