COVİD-li xəstələrlə işləyən tibb işçilərinin əməkhaqlarına əlavə edilməsi müddəti uzadıldı
Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" qərarında dəyişiklik edib.
Dəyişikliyə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti iyunun 1-dək uzadılıb.
Bundan əvvəl bu müddət martın 31-dək olub.