Stallone rus məktəblisini "yoldan çıxarıbmış" - ARXİV


1990-ci illərin sonlarında Silvester Stallone Moskvaya gəlmişdi. Həmin ərəfədə Stallone Moskva məktəblərinin birində 11-ci sinifdə təhsil alan şagird Olya Kulikova ilə tanış olubmuş. Bu haqda hələ o zamanlarda Olya Rusiya mətbuatına müraciət edərkən bəlli olub.


Stallone Moskvaya "Hollivud Planeti" adlı restoranının işini yoxlamaq üçün gəlibmiş. O, Amerikada və Avropada bu restoranların şəriki kimi onları yoxlamaq iqtidarında idi. Olya "Necə oldu ki Stallone ilə tanış oldun?" sualına belə cavab vermişdi: "Mən əlbəttə, bu barədə danışmağa hazırlaşmıram. Çünki bununla qohumumu təhlükə altında qoymuş olaram. Heç bir ad filan çəkməyəcəm. Mehmanxanada çoxdan bilirdilər ki, Stallone gələcək və mənim xalam da bu barədə necə oldusa ağzından qaçırdı. Mən də ona baxmaq istəyirdim. Sonra gedib məktəbdə danışım ki, bu məşhur adamdan avtoqraf almışam. Mən xalamdan xahiş etdim ki, məni işə götürsün. Xeyli vaxt "Metropol"un xidməti şöbəsində oturdum. Həm narahat idim, həm də onu gözləməkdən yorulmuşdum. Getməyə hazırlaşırdım ki, liftin yanında onunla üz-üzə gəldik. Mən çox qəmgin və yazıq görsənirdim. Görüş o qədər gözlənilməz oldu ki, mən heç qorxmağa macal tapmadım. O gülümsədi, mən tələsik blaknotu ona uzadaraq avtoqraf yazmağı xahiş etdim. Birdən blaknotun vərəqləri yerə səpələndi və biz bir yerdə onları yığışdırdıq. Onu da deyim ki, 5 il mənə dil öyrətdikləri üçün valideynlərimə minnətdaram. Dilə görə heç bir problem olmaması Silvesteri sevindirdi. O gülümsəyərək dedi ki, onun otağında şəkli var, əgər mən istəsəm həmin şəkli avtoqrafla bağışlaya bilər. Bax belə mən onun nömrəsinə düşdüm. Aydındır ki, bu şəkil bizim tanışlığımız üçün bir bəhanə idi. Biz sonra söhbətimizə davam etdik, içki içdik. O mənə ehtiraslı baxılarla baxırdı. O, Rusiya ilə maraqlanırdı. Ruslarla italyanların bir-birinə bənzədiyini deyirdi. Təsəvvür edirsinizmi, Tolstoyu, Dostoyevskini tanıyır. Mən ondan çox razı idim. Sonra restorana rəsmi tədbirə getməli olduğu üçün üzr istədi. Gecəni bir yerdə keçirmək üçün onu gözləməyimi xahiş etdi. Mən razılaşdım. Bir neçə saatdan sonra o, iri qızılgül buketi ilə qayıtdı. Bizim möcüzəli şam yeməyimiz oldu, sonra da fantastik gecə...
Bilirsiniz, o qətiyyən "ulduz" deyil; çox sadə, yumşaqxasiyyətli, mədəni bir oğlandır, sərt Rokki və Rembo kinodadır. Baxmayaraq ki, o məndən çox böyükdür, mən özümü daha müdrik hiss edirdim. Slay çox zərif sevgilidir. Biz səhərə qədər gözümüzü qırpmadıq. O, təzə arvadı Cenifer Flavin, çox sevdiyi balaca qızı Sofiya haqqında danışdı. Sonra dedi ki, çox təəssüf mənimlə gec rastlaşıb. Ola bilərdi ki, mənimlə evlənsin. Anası Stalloneyə deyirmiş ki, Moskvada əsl məhəbbətinə rast gələcəksən. Stallone kasıb və məşhur olmadığı vaxtları daha xoşbəxt olduğunu söylədi. Qadınlar tərəfindən ikiüzlülük və xəyanət görür. Elə biri yoxdur ki, onu təmənnasız, səmimi sevsin. Mən özümü hər yoldan ötəndən biri saymıram. Onu deyə bilərəm ki, mən onun çox xoşuna gəlirəm və o, yəqin ki, mənsiz darıxır. Ola bilər ki, evlənmək barədə dediyində bir az yuxarıdan gedib, amma Kaliforniyada ev, Universitetdə təhsilim üçün söz vermişdi. Məncə belə şeyi deməzlər. O, əslində həssas, daha kövrək adamdı. Mən düşünürəm ki, bizim münasibətlərimiz çox realdır. Mən Stallonenin birinci rus sevgilisiyəm. Ona görə də mən çox şadam. Ondan ötrü dəli-divanəyəm. Amma o nə zəng eləmir, nə də özü haqqında məlumat vermir. Ona görə də sizə müsahibə verməyə qərara aldım. Yazın ki, mən onu sevirəm, istər Moskvada, istər Los-Ancelesdə yeni görüşümüzü gözləyirəm..."

Vasif Ayanın arxivindən



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu