Tofiq Bəhramovun heykəlinin əvvəlki rənginə qaytarılması istənildi


Azərbaycanın məşhur futbol hakimi Tofiq Bəhramovun Respublika stadionundakı heykəlinin ağardılması ilə bağlı AFFA-ya müraciət olunub.



"Report"un məlumatına görə, bu barədə referinin adını daşıyan nəvəsi Tofiq Bəhramov assosiasiyaya müraciət ünvanlayıb. O, heykəlin əvvəlki rənginə qaytarılmasını xahiş edib.

AFFA məsələ ilə əlaqədar Gənclər və İdman Nazirliyinə heykəlin tunc rənginə qaytarılmasına dair müraciət edib. Nazirlikdən müraciətə müsbət cavab verilib.

Qeyd edək ki, Tofiq Bəhramovun heykəli 2004-cü ilin oktyabrın 13-də adını daşıdığı stadionun qarşısında, 2006-cı il dünya çempionatının seçmə mərhələsinin Azərbaycan - İngiltərə görüşündən əvvəl açılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu