AFFA qondarma bayrağa görə FİFA-ya müraciət ünvanlayacaq
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün keçirilən Ermənistan - Rumıniya oyunu (3:2) zamanı stadionun tribunasında qondarma rejimin bayrağı asılıb.
Bununla əlaqədar AFFA tərəfindən FİFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq.
Bu barədə asossiasiyanın rəsmi feysbuk hesabında payalaşım edilib.
"2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan - Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağının asılması ilə əlaqədar AFFA tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq", - deyə paylaşımda qeyd olunub.